Hollandiyada yağan yağışlar səbəbindən kanalların və çayların axın sürəti kritik həddə çatıb


Hollandiyada yağan güclü yağışlar səbəbindən kanalların və çayların axın sürəti kritik həddə çatıb, bir çox iş yerləri su altında qalıb.


Bu barədə Hollandiyanın Baş naziri Mark Rutte sosial media platformasında açıqlama verib.

Rutte açıqlamasında Milad bayramı olmasına baxmayaraq, aidiyyatı qurumların problemlə bağlı lazımi tədbirlərin görülməsi üçün çalışdığını qeyd edib.

NOS ictimai yayımında yer alan xəbərdə ölkənin cənub bölgələrində bir çox iş yerlərinin su altında qaldığı, bəzi bələdiyyələrin tarixi binaları seldən qorumaq üçün qum torbaları ilə dəstlər yaratdığı bildirilib.

Xəbərdə ölkənin mərkəzi bölgələrində yaşayış məntəqələrini birləşdirən bəzi yolların su altında qalması səbəbindən nəqliyyatın müvəqqəti olaraq bərələrlə təmin edildiyi barədə məlumatlar yer alıb.

Xəbərə görə, ölkə çaylarında quraşdırılan bəndlərin bir hissəsinin qapaqları tufan və daşqın təhlükəsinə qarşı bağlanıb, kanallarda suyun səviyyəsini azaltmaq üçün su nasosları tam gücü ilə işə salınıb.

Hollandiya Meteorologiya İnstitutu (KNMI) 2023-cü ilin havanın ölçülməyə başladığı 1902-ci ildən bəri ölkədə ən yağışlı və ən isti il ​​olacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu