BƏƏ-də güclü yağışlar həyatı iflic edib


Birləşmiş Ərəb Əmirliklərində həyata mənfi təsir göstərən güclü yağışlar səbəbindən bəzi təyyarə reysləri təxirə salınıb.



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi agentliyi olan WAM-da yer alan xəbərə görə, leysan yağışlar paytaxt Abu Dabi və Dubay şəhərləri başda olmaqla müxtəlif bölgələrdə həyata mənfi təsir edib.

Yağış səbəbindən daşqınlar baş verib, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan Fly Dubai əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edib və bir çox reyslər də təxirə salınıb.

Digər tərəfdən, BƏƏ Futbol Federasiyası bu gün keçiriləcək bütün yerli futbol matçlarının təxirə salındığını və matçların yeni tarixinin daha sonra müəyyən ediləcəyini açıqlayıb.

Bildirilib ki, ölkədə polis və yerli administrasiyalar hazırlıq vəziyyətindədir və yağışlar çərşənbə axşamı günorta saatlarına qədər davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu