Ögey ana DƏHŞƏTİ: 9 yaşlı uşağı qutuya kilidləyib öldürmək istədi


Hindistanda hamilə qadın ögey qızını altı saat ərzində siyirmədə kilidləyib.


AFN-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistanın Uttar Pradeş ştatının Şilpi adlı hamilə sakini ögey qızı Radhikanı öldürmək niyyəti ilə qutuya salaraq ağzını bağlayıb. Doqquz yaşlı Radhikanın 40 yaşlı ögey anası polisə müraciət edərək uşağın mağazadan evə qayıtmadığını bildirib. Qız axtarılanlar siyahısına salınıb.
Polis CCTV görüntülərinə baxarkən Radhikanın evə qayıtdığını görüb. Bu, onlarda şübhələr yaradıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının evində axtarış aparıb və saat yarımdan sonra onu qutunun içində tapıblar. Radhika huşsuz vəziyyətdə olub. Uşaq təcili olaraq xəstəxanaya çatdırılıb. Qız özünə gələndə bildirib ki, onu qutuya Şilpi salaraq ağzını bağlayıb. Zavallı qız qapalı məkanda altı saatdan çox vaxt keçirməli olub. Ögey ana adam öldürməyə cəhddə ittiham olunub. Qeyd olunur ki, Şilpi hamiləliyinin beşinci ayındadır və hələlik azadlıqdadır. “Biz cinayətin səbəbini öyrənməyə çalışırıq. İstintaq davam edir”, - deyə polisdən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu