Moskva hava limanlarında 70-ə yaxın reys gecikib və ya ləğv edilib


Dekabrın 12-də səhər saatlarında Moskva hava limanlarında 70-ə yaxın reys gecikib və ya ləğv edilib.

AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Vnukovoda 11 reys gecikib, 2-si ləğv edilib, 22 təyyarə Domodedovoda gec qalxacaq, daha 4 təyyarə ümumiyyətlə getməyəcək. Şeremetyevoda 26 reys gecikib, 2-si ləğv edilib.
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, ümumilikdə bu həftə Rusiyanın bütün Avropa ərazisində təhlükəli pis hava şəraiti olacaq. Onun sözlərinə görə, sürücülər üçün xüsusilə çətin olacaq, çünki qar-buzla yanaşı, görünməni xeyli pisləşdirəcək güclü yağıntılar gözlənilir. Həmçinin, pis hava şəraiti ilə əlaqədar yollarda gediş-gəliş məhdudlaşdırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu