Moskva aeroportlarında 30-dan çox reys təxirə salınıb




Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınaraq ləğv edilib.



Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsirini göstərib. Aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib.

Bildirilir ki, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında isə bir reys təxirə salınıb. Moskvada və Moskva vilayətində əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu