Banqladeşdə baş verən yanğında 7 minə yaxın Rohinca müsəlmanı evsiz qalıb


Banqladeşdə əksəriyyəti 2017-ci ildə Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinca müsəlmanına ev sahibliyi edən Koks-Bazar şəhərindəki 5 nömrəli düşərgədə ötən gecə yanğın baş verib.



Qısa müddətdə böyüyən yanğında təxminən 800 ev kül olarkən, təxminən 7 min Rohinca müsəlmanı evsiz qaldı.

Yanğın 3 saat sonra yerli vaxtla saat 01:00 radələrində nəzarətə götürülüb.

Koks-Bazar Qaçqınlara Yardım və Geri Dönüş Komissarı Muhammed Mizanur Rahman verdiyi açıqlamada yanğında ev və təhsil mərkəzləri kimi bir çox obyektin külə döndüyünü, yanğında can itkisinin olmadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından (UNCHR) verilən açıqlamada, məscid və sağlamlıq mərkəzləri də daxil olmaqla, təxminən 120 binanın yanğında zərər gördüyü bildirilərək, yanğının səbəbinin hazırda məlum olmadığı və səbəbləri ilə bağlı araşdırma aparılacağını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu