Polşalı fermerlər Slovakiya ilə sərhəddə keçidi bağlayıblar


Polşalı fermerlər Slovakiya ilə sərhəddə Barvinek sərhəd-keçid məntəqəsini bağlayıblar.



Bu barədə fevralın 26-da Polsat telekanalı məlumat yayıb.

10-12 traktordan ibarət qrup sərhəd-keçid məntəqəsində 1 saatlıq nəqliyyatın hərəkətini kəsib. Aksiya iştirakçıları qeyd ediblər ki, onların məqsədi Slovakiya vasitəsilə Polşaya gətirilə biləcək Ukrayna taxılını aşkarlamaqdır.

“Biz Slovakiyadan Polşaya daxil olan yük maşınlarının Ukraynadan taxıl daşıyıb-daşımadığını yoxlayacağıq. Sərhədin bir tərəfindən digər tərəfə nə qədər malın daxil olduğunu hesablayacağıq”, - deyə aksiyanın təşkilatçılarından biri Maciej Wiżowski bildirib.

O vurğulayıb ki, bir müddət sonra minik avtomobilləri bağlanan magistral yoldan problemsiz keçə biləcək. Blokada cümə axşamı axşama qədər davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu