Fermerlər İspaniya ilə Fransa arasındakı magistral yolu bağladılar


Fransa və İspaniyadan olan fermerlər 200 traktordan istifadə edərək Fransa və İspaniya sərhədi yaxınlığında magistral yolu hər iki tərəfdən bağlayıblar.



Bu barədə martın 7-də “El Mundo” qəzeti məlumat yayıb.

“Fransa və İspaniyanın şimalındakı fermerlər enerji xərclərinin azaldılmasını və ƏDV-yə fiskal dəyişikliklərin tələbi ilə nümayişlərini yeni güclə bərpa ediblər” deyə nəşr yazıb.

Sosial şəbəkələr vasitəsilə birləşən bask və fransız fermerlər Biriatu sərhəd-keçid məntəqəsində AP-8 avtomobil yolunu bağlayıb, nəticədə təxminən 20 km uzunluğunda tıxac yaranıb.

Fransanın BFM TV telekanalının məlumatına görə, etiraz aksiyasında iştirak edən kənd təsərrüfatı texnikasının sayı 300 ədəddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu