Yunanıstanda fermerlər etirazlarını davam etdirəcəklər


Yunanıstanda fermerlər kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün 3 həftədir davam edən etiraz aksiyalarını davam etdirmək qərarına gəliblər.


Yunan mətbuatında çıxan xəbərlərə görə, Larisanın Nikea bölgəsində bir araya gələn fermer nümayəndələri aksiyalarını davam etdirmək qərarına gəliblər.

Görüşdən sonra açıqlama verən fermerlər hökumətin kənd təsərrüfatı sahəsindəki siyasətini öz hərəkətləri ilə dəyişdirə biləcəklərinə inandıqlarını və ilk dəfə belə birlik və həmrəylik içində olduqlarını bildiriblər.

Alınan daha bir qərarla fermerlər sabahdan etibarən hər gün eyni saatda bütün rayon, magistral və sərhəd yollarında traktorlarla yolları bağlayacaqlar.

Fermerlər gələn həftə paytaxt Afinada Parlament binasının yerləşdiyi Sintaqma meydanında traktorlarla nümayiş keçirməyi planlaşdırırlar.

3 həftədir nümayiş keçirən fermerlər zədələnmiş məhsullara görə təzminat ödənilməsini, elektrik enerjisi tariflərinin aşağı salınmasını, heyvandarlar üçün yem və materialların alınmasına dəstək tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu