Belçikada fermerlər etiraz aksiyası keçiriblər


Avropada fermerlərin etirazları gündəmdədir. Belçikada hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlər Belçikanın baş naziri De Kroonun evinə gedən yolu bağlayıblar.



Belçikada kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlər şəraitin yaxşılaşdırılması tələbi ilə nümayişlər təşkil edirlər. Bu dəfə belçikalı fermerlər baş nazir Aleksandr De Kroonun Flandriyadakı iqamətgahına gedən yolu traktorlarla bağlayıblar.

Etirazdan sonra Belçikanın baş naziri nümayişçilərlə görüşüb.

O, fermerləri kənd təsərrüfatındakı problemlərə dair bu həftə Brüsseldə keçirilməsi planlaşdırılan görüşə dəvət edib.

Görüşdən sonra etiraz aksiyası insidentsiz başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu