Mozambikdə 72 uşaq silahlı qruplar tərəfindən qaçırıldı


Mozambikin şimalındakı Nampula bölgəsində 72 uşağın silahlı qruplar tərəfindən qaçırıldığı bildirilib.



Lusa agentliyinin məlumatına görə, ölkənin şimalındakı Nampula bölgəsinin rəsmilərindən Albertina Ussene silahlı qrupların hücumlarının artdığını bildirib.

Ussene Nampulada silahlı qruplar tərəfindən həyata keçirilən son hücumlar zamanı 72 uşaq qaçırıldığını, qaçırılan uşaqlardan 29-u xilas edilərək ailələrinə qovuşduğunu qeyd edib.

Bölgədə humanitar yardım işləri aparan qeyri-hökumət təşkilatları hücumlarda ölənlərin sayının hələ müəyyən edilmədiyi barədə məlumatı paylaşaraq, çoxlu sayda məscid, məktəb, kilsə, ev və dükanın zərər gördüyünü açıqlayıb.

Hücumlara görə Ənsarus Sünnə təşkilatı günahkar hesab olunur.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu