Hindistanda silahlı şəxslər azı 10 mədənçini qaçırıb


Hindistanda azı 10 kömür mədəni işçisi silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir.



Hindustan Times qəzetinin məlumatına görə, Assam ştatının Tinsukia bölgə polisi açıqlamasında hadisənin Assam və Arunaçal Pradeş əyalətlərinin sərhədi yaxınlığındakı mədəndə baş verdiyini bildirib.

Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 03:00 radələrində silahlı şəxslərin işçiləri qaçırdığını bildirən polis rəsmiləri, hələlik dəqiq sayı müəyyən edə bilmədiklərini, lakin ilkin təsbitlərə görə 10 kömür mədənçisinin qaçırıldığını qeyd ediblər.

Polis məsələ ilə bağlı istintaq başladıldığını, hadisənin hökumət ilə Assamda silahlı mübarizə aparan Assam Birləşmiş Azadlıq Cəbhəsi (ULFA) və Naqaland Milli Sosialist Şurasının (NSCN) üzvləri tərəfindən törədildiyini təxmin etdiklərini bildirdi.

Digər tərəfdən dövlət rəsmiləri xilasetmə əməliyyatı üçün bölgəyə əlavə hərbçilərin göndərildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu