ABŞ Yəməndə husilərin hava hücumundan müdafiə sistemini vurdu


ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Qırmızı dəniz üzərindən atılan hava hücumundan müdafiə sistemi, yer idarəetmə stansiyası və pilotsuz uçuş aparat sistemini məhv etdiyini açıqlayıb.



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, husilərin nəzarətində olan bölgələrə atılmağa hazır olan iki raketi olan hava hücumundan müdafiə sistemi və yer idarəetmə stansiyası dünən vurulub.

Qeyd edilib ki, husilər tərəfindən atılan pilotsuz uçuş aparat sistemi də məhv edilib.

CENTCOM ayrı bir açıqlamada, quru qida da daxil olmaqla humanitar yardımın "C-130" tipli hərbi təyyarələrlə Qəzzanın şimalına atıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu