Alimlər zərbə aldıqca sərtləşən material hazırladı


Alimlər vurulduqca sərtləşən bir maddə hazırlayıblar. Adaptiv dayanıqlılığa malik olan material qarğıdalı nişastasından ilham alınaraq dizayn edilib.


Layihəni ABŞ-ın Kaliforniya Universitetindən həyata keçirən Yue Jessica Wang, "Qarğıdalı nişastası ilə suyu yavaş-yavaş qarışdırdığımda qaşıq asanlıqla hərəkət edir. Amma qaşığı qaldırıb yenidən qarışığa salmağa çalışdığımda geri girmir. Bu, sərt bir səthi bıçaqlamaq kimidir" ifadələrini işlədib.

Vanq deyib ki, buna əsaslanaraq zərbə aldıqda sərtləşən və keçirici xüsusiyyətlərə malik material hazırlayıblar.

Bunun üçün tədqiqatçılar əvvəlcə 4 müxtəlif polimerdən ibarət sulu məhlul hazırlayıblar. Sonra bu məhlulu nazik təbəqəyə yayıb və qurudublar.

Bərk polimer təbəqəsi üzərində aparılan təcrübələrdə materialın zərbə aldıqda sərtləşdiyi müşahidə edilib.

Tədqiqatda iştirak edən Di Vu qarışıqda iki müsbət və iki mənfi yüklü polimer növü istifadə etdiklərini və aralarındakı qarşılıqlı təsir nəticəsində maddənin sərtləşdiyini bildirib.

Bu qarşılıqlı əlaqəni küftə və spagetti ilə müqayisə edən akademik, "Müsbət yüklü molekullar suyu sevmədikləri üçün küftəyə bənzər mikro strukturlara toplanırlar" deyib. Tədqiqatçı bildirib ki, küftəyə bənzər bu strukturlar parçalanmadan zərbələrin enerjisini qəbul edə bilir.

Vang gələcəkdə bu materialın ağıllı saatlarla yanaşı, ürək-damar xəstəliklərinin monitorinqi üçün istifadə edilən sensorlarda və müxtəlif geyimlərdə istifadə oluna biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu