Uqandada "qırmızı göz" xəstəliyi - Yoluxanların sayı 7500-ü keçdi


Son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayı 7500-ü keçib.



Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında “qırmızı göz” xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib.

Açıqlamada, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan yoluxmanın Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə yayıldığı qeyd edilib.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, bazarlar, plazalar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu