Pakistanda güclü yağış və ildırım çaxması nəticəsində ölənlərin sayı 63-ə yüksəlib


Pakistanın Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 63-ə yüksəlib.


Pakistan Fəlakətlərin İdarə Edilməsi Administrasiyasının sözçüsü Xurşid Ənvər ölkənin müxtəlif bölgələrinə təsir edən leysan yağışlarla bağlı açıqlama verib.

Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində həftə sonu başlayan şiddətli yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının 63-ə yüksəldiyini deyən Enver, təxminən 1370 evin zərər gördüyünü bildirdi.

Səlahiyyətlilər pis hava şəraitinin və davam edəcəyi gözlənilən yağışların axtarış-xilasetmə işlərinə mənfi təsir göstərə biləcəyinə də diqqət çəkib.

Associated Press-ə (AP) danışan Pakistan Meteorologiya Departamentinin rəsmisi Zahir Əhməd Babar, ölkədə iqlim dəyişikliyi səbəbiylə daha güclü yağışların müşahidə edildiyini ifadə edərək, bu ay Pakistanda normadan 61 faiz çox yağış qeydə alındığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu