Dünyanın ən məşhur qəhvəsinin izi 600 min il əvvələ gedib çıxır


Dünyanın ən çox istehsal edilən qəhvə növü olan Arabikanın Efiopiyada 600 min il əvvəl ortaya çıxdığı məlum olub.



Dünyanın hər yerindən qəhvə bitkilərinin genomlarını araşdıran tədqiqatçılar "Coffea arabica" kimi tanınan bitkinin ailə ağacını yaradıblar.

Buffalo Universitetindən Viktor Albert, "Bu gün yaşayan bitkilərin genetik məlumatlarından istifadə edərək, Arabikanın uzun tarixinin mümkün olan ən dəqiq mənzərəsini çəkmək və bu gün yetişdirilən sortların bir-biri ilə necə əlaqəli olduğunu müəyyən etmək üçün keçmişə qayıtdıq" deyib.

Arabikanın 39 növünü tədqiq edən tədqiqatçılar 1700-cü illərdən bir nümunə də əldə ediblər. İsveç təbiətşünası Karl Linney növə elmi adını vermək üçün bu bitkidən istifadə edib.

"Nature Genetics" jurnalında bazar ertəsi dərc edilən araşdırmada, "Coffea arabica"nın "Coffea canephora" və "Coffea eugenioides" adlı iki növün təbii hibridləşməsi nəticəsində ortaya çıxdığı müəyyən edildi.

Elm adamları bu hadisənin nə vaxt baş verdiyini müəyyən etmək üçün kompüter modelindən istifadə ediblər və bu, bu iki növün hər birindən iki xromosom dəsti gəldiyi zaman meydana gəlib. Onlar aşkar ediblər ki, Arabikanın ən erkən əhali darboğazı 610 min il əvvəl baş verib. Əhali darboğazı müxtəlif səbəblərdən əhalinin sayının əhəmiyyətli dərəcədə azalması deməkdir.

Bu səbəbdən tədqiqatçılar bitkinin 1 milyon ilə 610 min il əvvəlinə işarə edərək, bu dövrdən əvvəl meydana gəldiyini söyləyirlər.

Dünyanın ən məşhur qəhvəsi olan Arabika hazırda qlobal qəhvə bazarının təxminən 60 faizini təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu