Daşqınların vurduğu İranda timsah həyəcanı


BƏƏ və Omandan sonra fırtına İranı da vurub. İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib.


İranın Mehr xəbər agentliyinin xəbərində bildirilib ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsir edib.

Rəsmi xəbər agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi, daşqın zamanı dəmir yolunda işləyən 3 işçinin su altında qalaraq öldüyünü açıqlayıb.

O da bildirilib ki, daha 5 nəfər, o cümlədən 5 yaşlı uşaq həyatını itirib.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən dünən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk etdiyi və şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.

Elmi adı "Crocodylus palustris" olan və bataqlıq timsahı kimi də tanınan bu növə İran və Hindistanın cənubunda rast gəlinir.

Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və vəhşi təbiətin yaşayış yerlərinə yaxın səyahət etməmələri xahiş olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu