İranda qum fırtınası: 488 nəfər xəstəxanaya yerləşdirilib


İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.


Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəhbəri Mecid Muhibbi hadisə ilə bağlı məlumat verib.

Muhibbi bildirib ki, 120 gündür davam edən küləklər Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfərin xəstəxanalara müraciət etməsinə səbəb olub. Onlardan 64-ü xəstəxanaya yerləşdirilib.

Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini dilə gətirən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.

Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu