İranda qum fırtınası səbəbindən dövlət qurumları bağlanıb


İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınaları səbəbindən görmə məsafəsi azalıb, bəzi dövlət qurumları fəaliyyətini dayandırıb.


İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan fövqəladə hallar rəhbəri Məcid Muhibbi deyib: “Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində qum və toz fırtınası səbəbindən bəzi dövlət qurumları bağlanıb".

Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Heydəri havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını bildirib.

İran rəsmisi vətəndaşlara, xüsusən də ürək və tənəffüs sistemi xəstələrinə lazım olmadıqca çölə çıxmamağı tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu