İranda qum fırtınası nəticəsində 700-dən çox insan xəstəxanaya yerləşdirilib


İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınalarının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara 733 nəfər müraciət edib.


İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi vəziyyətlə bağlı məlumat verib.

"Qum və toz fırtınaları səbəbindən 3 gündə Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərindəki xəstəxanalara 733 nəfər müraciət edib. Bu şəxslərdən 58-i xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb" - deyə Muhibbi bildirib.

Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən Zabulda görmə məsafəsinin 3 kilometrə, Zehekdə isə 2 kilometrə qədər azaldığını bildirib.

Sistan-Bəlucistan valiliyindən verilən açıqlamada qum və toz fırtınaları səbəbiylə bu gün Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində dövlət qurumlarının və bankların fəaliyyətinin dayandırıldığı açıqlanıb.

Ötən ay Sistan-Bəlucistan əyalətində qum fırtınaları səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu