İranda bir nəfər polis maşınına bomba yerləşdirmək istəyərkən ölüb


İranın Sistan-Bəlucistan əyalətində polis idarəsinin qarşısındakı patrul maşınına bomba yerləşdirmək istəyən şəxsin bombanın işə düşməsi nəticəsində öldüyü bildirilib.



İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan əyalətinin prokuroru Mehdi Şəms Abadi hadisə ilə bağlı məlumat verib.

Şəms Abadi, Məhəmməd Polis Bölməsinin təhlükəsizlik bölgəsində park edilmiş patrul maşınına bomba yerləşdirmək istəyən 2 terrorçudan birinin partlayış nəticəsində öldüyünü bildirib.

İran rəsmisi qeyd edib ki, hadisə yerindən qaçan digər terrorçunun tutulması istiqamətində axtarışlar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu