“Poz, qazan” və “Misli.az”la insanlar aldadılır”


"Belə tələlər insanlar üçün asan yolla pul qazanmaq üçün qurulur. Təəssüf ki, onlar da bu tələlərə düşür. Əvvəllər vardı, pul yığırdılar müəyyən faiz verirdilər, sonra da insanlar qalan pullarını ala bilmirdilər. İndi yaranan “poz-qazan”, “misli.az” və digər bu qəbildən olan oyunlar da əslində elə keçmişdə olan faiz oyunları kimi bir şeydir".


Bunu Pravda.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev son zamanlar cəmiyyətdə geniş təbliğ olunan “poz-qazan” ani lotoreyası, “misli.az” kimi onlayn mərc oyunlar şəbəkəsi ilə bağlı məsələni şərh edərkən deyib.

“Bu kimi oyunların heç biri, ümumiyyətlə, nə qanuna, nə də dinə uyğundur. Burada sadəcə olaraq insanların başları aldadılır və onların pulları əllərindən alınır. Sonradan heç onların izin də tapa bilmirsən, çünki saytlara qoyulan nömrələr cavab vermir, yəni orada cavabdeh kimisə tapmaq olmur. Hər kəs ora əvvəlcə az miqdarda pul qoyur və sonra ola bilər ki, məbləğ çoxalsın. Mən indiyə qədər eşitməmişəm ki, belə oyunlarda kimsə kimisə məhkəməyə versin, məhkəməni udsun və pulunu geri alsın. Ümumiyyətlə, heç kimə məsləhət görmürəm ki, bu oyunları oynasın, çünki onlar elə qumar kimi bir şeydir, bunun qumardan heç bir əksikliyi yoxdur. Qumarda heç olmasa gözünlə görürsən ki, nə oynayırsan, necə oynayırsan, amma burada sadəcə olaraq gözü qapalı yazırsan, pozursan, pul ödəyirsən və bununla da məsələ bitir.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu