"Zakir Fərəcov hazırda..." - İcra başçısının səhhəti ilə bağlı rəsmi açıqlama


Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun səhhəti ilə bağlı mediada ziddiyyətli məlumatlar yayılıb.



Demokrat.az məsələni dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb.

O, yayılan məlumatları təkzib edib:

“Zakir müəllim hazırda təhsillə bağlı konfransda iştirak edir. Media qurumlarından xahiş edirik ki, dəqiq olmayan məlumatlar yaymasınlar. Zakir Fərəcov hər gün tədbirlərdədir. Sağlamlığı ilə bağlı problem yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu