Lerikdə turist bədbəxt hadisə nəticəsində ölüb


Lerik rayonunda turist dərəyə yıxılaraq ölüb.


Qaradağ rayonu, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev gəzinti zamanı ehtiyatsız davranıb.

O, 80 metr dərinlikdə olan dərəyə yıxılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub Mərkəzinin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyiti dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu