Toya hazırlaşan ailənin 10 yaşlı qızını maşın vurub öldürdü


Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.


Hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, rayonun Bağbanlar kənd sakini Şəmmədov Mirsitun Mirhəbib "Vaz 2101" markalı avtomobil ilə 2013-ci il təvəllüdlü Əliyeva Leyla Araz qızını vurub.

Qəzada ağır xəsarət alan yeniyetmə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən uşağın ailəsi hadisə vaxtı qonşuluqda olan qohum evində toya hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu