Kanadada astma xəstəsi uşaq meşə yanğınında tüstüdən ölüb


Kanadanın Britaniya Kolumbiyası əyalətində astma xəstəsi olan 9 yaşlı uşaq meşə yanğınlarından sonra baş verən tüstü böhranından dünyasını dəyişib.


Ştatın 100 Mile House rayonunda yaşayan Carter Vigh-in anası Amber Vigh CBC-yə bildirib ki, astma xəstəsi olan oğlu keçən həftə şiddətli bir tutma keçirib və meşə yanğını tüstüsü səbəbindən xəstəxanaya yerləşdirilib.

Amber Vigh oğlu Karterin dünən xəstəxanada öldüyünü açıqlayıb.

Astma xəstəsi olan uşağın ölümündən sonra Britaniya Kolumbiyası Məhkəmə Tibb İnstitutu ştatda ictimai təhlükəsizlik bülleteni nəşr edib.

Yanğın tüstüsünün riskləri barədə xəbərdarlıq edən bülletendə 9 yaşlı uşağın ölümü "ürək parçalayan itki" kimi qiymətləndirilib.

Bülletendə qeyd olunub ki, ölkədə 360-dan çox meşə yanğını davam edir və tüstülər havanın keyfiyyətini aşağı salır.

Hökumət və səhiyyə rəsmiləri çirkli havanın insanları xəstələndirə, xəstələrin vəziyyətini pisləşdirə və ya ölümü sürətləndirə biləcəyini bildirərək, əhalini diqqətli olmağa çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu