Qırmızı dənizdə təhlükə yaradan tankerdəki neftin 60 faizi boşaldılıb


Yəmənin Qırmızı dəniz sahillərində 8 ildir lövbər salan və bunun ekoloji fəlakətə səbəb ola biləcəyi xəbərdarlığı edilən “Safer” neft tankerindəki neftin 60 faizi boşaldılıb.


AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) direktoru Açim Stayner Twitter hesabında mövzu ilə bağlı açıqlama verib. O, Saferdəki neftin 60 faizinin başqa bir gəmiyə köçürüldüyünü bildirdi. BMT rəsmisi əməliyyatın başa çatmasına hər keçən gün yaxınlaşdıqlarını bildirib.

2015-ci ildən Hudeydə sahillərində lövbər salan Yəmənin dövlət şirkətinə məxsus “Safer” tankerində 1 milyon bareldən çox neftin Qırmızı dənizə sızması riski mövcud idi.

BMT-nin ölkədəki humanitar koordinatoru David Gressli, keçən il "Safer" tankeri ilə bağlı xəbərdarlıq edərək, neft tankerində mümkün sızmaların aradan qaldırılmasının 20 milyard dollara başa gələ biləcəyini deyib.

Uzun müddətdir tankerin boşaldılması üçün çalışan və vəsait toplayan BMT mart ayında toplanan ianələr sayəsində neftin "Safer"dən boşaldılması üçün böyük bir xam neft gəmisinin alınması ilə bağlı razılaşma əldə edildiyini açıqlamışdı.

Sözügedən gəmi iyulun 16-da Yəmənin qərbindəki Hudeydə limanına çatıb.

Ekoloji fəlakətə səbəb olacağı barədə xəbərdarlıq edilən tankerdəki 1 milyon bareldən çox neftin boşaldılmasına iyulun 25-dən başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu