Tacikistanda leysan yağışları nəticəsində ölənlərin sayı 17-yə çatıb


Tacikistanda leysan yağışların fəsadları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, xilasedicilər daha 4 cəsəd tapıblar.


AFN.az xəbər verir ki, bu barədə TASS-a Tacikistan hökuməti yanında Fövqəladə Hallar Komitəsindən (FHK) məlumat verilib.

"Komitənin xilasediciləri 3 qadın və bir kişi olmaqla 4 vətəndaşın meyitini aşkar ediblər. Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə təhvil verilib", - deyə nazirlikdən bildirilib.

Həmçinin Xatlon rayonunda xilasetmə əməliyyatları zamanı sel nəticəsində 100 baş mal-qaranın tələf olması müəyyən edilib. Agentlikdən verilən məlumata görə, respublikanın təbii fəlakətdən zərər çəkmiş bütün rayonlarında fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bazar günü Tacikistanda leysan yağışları daşqın, sel və qayaların uçmasına səbəb olub. İlkin olaraq təbii fəlakətin qurbanlarının 13-ü məlum olub, insanların çoxu Vəhdət şəhərində dünyasını dəyişib. Bildirilir ki, respublikanın bir sıra rayonlarında yollar bağlanıb, evlər və tikililər su altında qalıb, palçıq suları onlarla avtomobilə ziyan vurub.

Departamentdən əlavə ediblər ki, bazar ertəsi respublikanın bəzi rayonlarında yenidən sel daşqınları qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu