Hindistanda son 40 ilin ən güclü leysan yağışları nəticəsində 5 nəfər öldü


Hindistanın şimal-qərbində son 40 ilin ən güclü leysan yağışları nəticəsində 5 nəfər ölüb.


Bu barədə NDTV məlumat yayıb. Meteorologiya idarəsinin məlumatına görə, yaxın bir neçə gün ərzində Hindistanın şimal-qərbinin əksər bölgələrində leysan yağışları davam edəcək.

Hindistan Metrologiya Departamenti Dehli, Haryana, Himaçal Pradeş, Uttarxand, Racastan, Pəncab və Cammu və Kəşmirdə güclü və ya həddindən artıq güclü yağış proqnozlaşdırıb. Paytaxt Yeni Dehlidə 24 saat ərzində 153 mm yağış yağıb ki, bu da 1982-ci ildən bəri iyul ayında bir gündə ən yüksək göstəricidir. Dehlidə 58 yaşlı qadın mənzilinin tavanının üstünə uçması nəticəsində dünyasını dəyişib. Racastan ştatında 24 saat ərzində yağışla bağlı hadisələrdə daha 4 nəfər ölüb.

Hindistan Meteorologiya Departamenti Keralada dörd rayon - Kojikode, Vayanad, Kannur və Kasaraqod üçün sarı xəbərdarlıq edib.

Torpaq sürüşmələri və daşqınlar səbəbindən Himaçal Pradeş ştatının yeddi rayonu üçün "qırmızı" xəbərdarlıq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu