Livanda kanatda qalan 19 nəfər saatlar sonra xilas edilib


Livanın Cunye şəhərində nasazlıq səbəbindən metrələrlə hündürlüyündə olan kanat vaqonunda sıxışıb qalan 19 nəfər saatlarla davam edən əməliyyatdan sonra xilas edilib.


Bu barədə Livan Mülki Müdafiə Departamentinin sosial media hesabında məlumat verilib

Açıqlamada əksəriyyəti uşaq olmaqla 19 nəfərin kanat kabinələrində saatlarla havada qaldığı, qrupların böyük səyi nəticəsində kabinədəki insanların kəndirlərə bağlanaraq 70 metrə qədər hündürlükdən yerə endirildiyi bildirilib.

Paytaxt Beyrutun şimalındakı Cunye sahil şəhərinin düz yanında yerləşən Harisa dağı və Məryəm Kilsəsi turistlərin məşhur yerləri arasındadır. Sahildən bir neçə metr yüksəklikdə olan dağa və kilsəyə kanat yolu var.

2019-cu ildən bəri Livanda yaşanan iqtisadi böhran səbəbindən dövlət 2021-ci ildən etibarən əhaliyə gündə cəmi 4 saat elektrik enerjisi verə bilib.

Bu səbəbdən ölkə daxilində bir çox turizm müəssisələrində tez-tez nasazlıqlar və elektrik enerjisinin kəsilməsi baş verir. Qeyd edilən hadisənin də bu səbəbdən yaşandığı bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu