Bakıda "Pub"da kütləvi dava: DİN-dən reaksiya


Bakıda kütləvi dava olub.


AFN.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən "Pub"ın həyətində baş verib.

Dava zamanı tərəflərdən biri bıçağa əl atıb və hadisə anının videogörüntüləri oradakı müşahidə kamerasında əksini tapıb.

Mələsə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir.

"Ərazi polis orqanında araşdırılır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu