Hollivudda tramvay qəzasında 14 nəfər yaralandı


ABŞ-ın Kaliforniya ştatında kinostudiya və əyləncə parkı olan "Universal Studios Hollywood"da tramvay qəzaya uğrayıb.



"Los Angeles Times" qəzetinin məlumatına görə, Los-Anceles Yanğınsöndürmə İdarəsi qəza xəbərindən sonra hadisə yerinə gedib.

Yanğınsöndürənlər qəza nəticəsində 14 nəfərin xəsarət aldığını, yaralıların xəstəxanaya aparıldığını bildirib.

Bölgə şerifi Maria Abal mövzu ilə bağlı verdiyi açıqlamada, "Hollywood Universal Studios"da 4 vaqonlu tur tramvayının yoxuş aşağı gedərkən idarədən çıxdığını bildirib.

Tramvayın əyləcində nasazlıq olduğunu və bunun səbəbinin hələ müəyyən edilmədiyini qeyd edən Abal, hadisə zamanı təxminən 100 nəfərlik tramvayda neçə nəfərin olduğu bilinmədiyini bildirib.

Dövlət orqanları qəza ilə bağlı araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu