İcra başcısının müavini ailəsi ilə birlikdə qəzaya düşdü: iki nəfər öldü




Tovuz rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Zeynalov Rəşad Nürəddin oğlu ailəsi ilə birlikdə yol qəzasına düşüb.



AFN baku.ws-ə istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

İcra başçısının müavini və ailə üzvüləri 60 AA 002 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomaşınla qəzaya düşüb.

İlkin məlumata görə, qəza zamanı Rəşad Zeynalovun həyat yoldaşı və sürücüsü hadisə yerində dünyasını dəyişib. Rəşad Zeynalov və oğlu isə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu