Bakıda televiziya kanalının binasına tülkü girdi (VİDEO)




İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yerləşdiyi binanın həyətinə tülkü girib.

AFN "Qafqazinfo”ya istinadla xəbər verir ki, vəhşi heyvanı kanalın mühafizə xidmətinin əməkdaşları həyətyanı sahədən tapıblar.

Onların sözlərinə görə, bala tülkü ətrafda yaşayan pişiklər üçün təhlükə yaradıb.

Qeyd edilir ki, sözügedən heyvan aidiyyəti üzrə təhvil veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu