Azərbaycan – Belçika oyununa 4447 bilet satılıb


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyununa 4447 bilet satılıb.


Bu barədə AFFA-nın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

“Dalğa Arena”da baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir. Qiymətlər ikinci kateqoriyaya 5, birinci kateqoriyaya 10, VIP-ə isə 50 manat təşkil edir. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu