60 metr məsafəyə maneələrlə qaçışda dünya rekordu yeniləndi


Qapalı Atletika üzrə Dünya Çempionatında qadınlar arasında 60 metr məsafəyə maneələrlə qaçışda bahamiyalı Devin Çarlton qapalı məkanda dünya rekordunu yeniləyərək qızıl medal qazanıb.



Şotlandiyanın Qlazqo şəhərində təşkil edilən qadınlar arasında 60 metr məsafəyə maneələrlə qaçış üzrə final yarışı keçirilib.

Yarışı 7,65 saniyə ilə birinci yerdə başa vuran Çarlton qapalı məkanda öz dünya rekordunu yeniləyib.

Fransız Cirena Samba-Mayela 7,74 saniyə ilə gümüş, polşalı Pia Skrzyszovska isə 7,79 saniyə ilə bürünc medal qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu