Keniyalı atlet qadınlar arasında dünya rekordunu qırdı


Keniyalı idmançı Peres Jepçirçir bu il İngiltərənin paytaxtı Londonda keçirilən 44-cü London Marafonunda qadınlar kateqoriyasında dünya rekordu qırıb.


44-cü London Marafonu kişilər kateqoriyasında keniyalı Alexander Mutiso Munyao, qadınlar kateqoriyasında isə eyni ölkədən Peres Jepçirçir qalib gəlib.

Tokio, Berlin, Boston, Çikaqo və Nyu-Yorkla birlikdə 6 əsas marafon yarışından biri olan 42.195 kilometrlik yarış İngiltərənin paytaxtı Londonda keçirilib.

Yarışı 2 saat 16 dəqiqə 16 saniyə ilə birinci yerdə tamamlayan 2020-ci il Tokio Olimpiya Oyunlarının qızıl medalçısı Jepçirçir qadınların rekordunu yeniləyib.

Jepçirçir 2017-ci ildə 2.17.01 qaçan keniyalı Meri Jepkosgei Keytaninin vaxtını ötüb və təşkilat tarixində qadınlar üçün ən yaxşı vaxta nail olub.

Qadınlar arasında marafonda dünya rekordçusu efiopiyalı Tiqst Assefa 2.16.23 nəticə ilə ikinci, 2021-ci il London marafonunun qalibi keniyalı Joyciline Jepkosgei isə 2.16.24 nəticə ilə üçüncü yeri tutub.

Munyao kişilər kateqoriyasında 2 saat 4 dəqiqə 1 saniyə nəticə ilə birinci yeri tutub. Berlin marafonunun iki dəfə qalibi olan efiopiyalı Kenenisa Bekele 2.04.15 göstərici ilə ikinci, Böyük Britaniyadan Emile Cairess isə 2.06.46 ilə üçüncü olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu