Bu ilin 6 ayı ərzində “Şahdağ”a 70 min turist gəlib


“Şahdağ” Turizm Mərkəzinə 2022-ci il ərzində 109 minə yaxın ziyarətçi səfər edib, mərkəzin tabeliyində fəaliyyət göstərən hotellərdə isə 60 minə yaxın şəxs gecələyib.


Bunu da “Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar KİV nümayəndələri üçün təşkil edilmiş mediatur zamanı “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bildirib. Onun sözlərinə görə, 2023-cü ilin 6 ayı ərzində mərkəzə 70 minə yaxın şəxs gəlib, hotel xidmətlərindən isə 26 minə yaxın qonaq istifadə edib. QSC sədri bu rəqəmin həm yerli, həm də xarici turistləri əhatə etdiyini də diqqətə çatdırıb.



Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu