“Şahdağ” xidmətin keyfiyyətinə xüsusi önəm verir - AÇIQLAMA
“Şahdağ” Turizm Mərkəzi mütəmadi olaraq öz əməkdaşlarını təcrübələrini artırmaq məqsədilə müxtəlif təlimlərə cəlb edir.
Bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin direktoru Rüstəm Nəcəfov AFN.az-ın Dövlət Statistika Komitəsinin “2023-cü ildə Azərbaycandan 150 min turist narazı gedib ki, bunların da əsas hissəsi xidmətin keyfiyyətindən olub” açıqlamasına dair sualına cavab verərkən bildirib. QSC direktoru qeyd edib ki, qonaqlara təqdim olunan turizm xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə kompleksdə fəaliyyət göstərən əməkdaşlar il ərzində bir sıra qonaqpərvərlik təlimlərinə cəlb olunur, onların peşəkarlıq səviyyəsi artırılır. “Əminəm ki, o 150 minin içərisində bir nəfər də olsun bizim mərkəzdən narazı gedən yoxdur”, - deyə Rüstəm Nəcəfov əlavə edib.