“Hərəyə bir kitab” layihəsi başlayacaq


Yenicə yaranan “Nəcib Jurnalistlər” İctimai Birliyi maraqlı layihəyə imza atacaq.


İctimai Birliyin rəhbəri Mətləb Salahov KİV üçün açıqlamasında bildirib ki, yeni tədris ilinin başlanması münasibəti ilə bölgələrdə, əsasən də dağlıq ərazilərdə yaşayan və imkansız ailələrindən olan şagirdlərin tədris ləvazimatları ilə təmin olunmaları üçün xeyirxah layihə reallaşdıracaq.

M.Salahovun bildirdiyinə görə, “hərəyə bir kitab” adlanan layihədə əsas məqsəd bölgələrimizdə yaşayan imkansız ailələrdən olan uşaqların təhsilə bağlılığını gücləndirmək, onların tədris ləvazimatları ilə təmin olunmasına çalışmaq, savadlı və düşüncəli vətəndaş kimi yetişmələri üçün töhfə verməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu