NATO müdafiə nazirlərinin görüşünün gündəliyi açıqlanıb


NATO müdafiə nazirlərinin bu gün keçiriləcək görüşünün gündəliyi açıqlanıb.


Alyansın Baş katibi Yens Stoltenberq deyib ki, toplantıda NATO-nun gələcəkdə atacağı addımlar müzakirə olunacaq.

“Biz təkcə Rusiyanın Ukraynaya hücumu və müharibənin nəticələrini deyil, həm də uzunmüddətli perspektivdə Alyansın atacağı addımları müzakirə edəcəyik. Biz bu böhranın Ukrayna sərhədlərindən kənara çıxmayacağına əmin olmalıyıq”, - o bildirib.

Qeyd edək ki, bu gün Brüseldə NATO-nun mənzil-qərargahında Alyansa üzv olan ölkələrin müdafiə nazirlərinin fövqəladə iclası keçiriləcək. Toplantıda Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu