Azərbaycan XİN Liviyaya başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı Liviyaya başsağlığı verib.


AFN.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsində paylaşım edilib.

“Liviyada böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik.

Bu çətin zamanda dualarımız Liviya ilədir”, - Azərbaycanın xarici siyasət idarəsindən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu