Maduro və Lavrov görüşüb


Latın Amerikası turnesi çərçivəsində Kubadan sonra Venesuelaya səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.



Lavrovu paytaxt Karakasdakı Miraflores Prezident sarayında prezident Maduro qəbul edib.

Prezidentin mətbuat xidmətindən verilən açıqlamada iki tərəfin nümayəndə heyətləri arasında görüş keçirildiyi, Venesuela ilə Rusiya arasında dostluq və əməkdaşlığın möhkəmləndiyi bildirilib.

Digər tərəfdən Lavrovun Venesuelaya səfəri çərçivəsində vitse-prezident Delsi Rodrigeslə də görüşdüyü bildirilib.

Lavrov Latın Amerikası turunun son səfərini başa çatdırmaq üçün sabah Braziliyaya gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu