Misirdən Türkiyə vətəndaşları üçün viza qərarı


Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşları üçün yeni viza prosedurunu açıqlayıb.


Qurumdan verilən açıqlamada Türkiyə vətəndaşlarının Misirə səfər edərkən Misir sərhəd qapılarından viza ala biləcəkləri bildirilib. "Misirə səfər edəcək vətəndaşlarımız bundan sonra vizalarını Misir sərhəd qapılarından ala biləcəklər", - Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Daha əvvəl Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen də sosial media hesabından mövzu ilə bağlı açıqlama verərək, "Vətəndaşlarımız əvvəlcədən Misirə vizasız girə biləcəklər" - deyə bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu