Azərbaycanda daha bir körpə doğuşdan sonra öldü




Gəncə şəhərində yeni doğulmuş körpə ölüb.

ONA-nın yerli bürosun məlumatına görə, hadisə Gəncə Regional Perinatal Mərkəzdə qeydə alınıb. Belə ki, 19 yaşlı Sona Ələkbərova həmin xəstəxanada qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir neçə saat sonra körpə dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu