Belarusun Kosmik Tədqiqatlar Fondunun büdcəsi kartof anbarının tikintisinə xərclənəcək


Belarus hökuməti cümə axşamı elan edib ki, kosmik tədqiqat fondu yeni kartof anbarının tikintisinə ayrılacaq.


Bildirilib ki, planetar tədqiqatlar üçün paytaxt Minskdə Milli Elmlər Akademiyasına ayrılan təxminən 670 min dollar vəsait kənd təsərrüfatı proqramına yönəldiləcək.

"Geoinformation Systems" dövlət qurumunun rəhbərlik etdiyi məsafədən müşahidə layihəsi Hindistan, Qazaxıstan, Rusiya, Venesuela və Vyetnam kimi ölkələrlə əməkdaşlıqda peyk şəbəkəsi yaratmaq məqsədi daşıyırdı.

Belarusun ən böyük müttəfiqi olan Rusiya dövlətinin nəzarətində olan RT bu hadisəni “Avropa dövləti kosmik vəsaitləri kartofa yönəltdi” başlığı ilə dünyaya bəyan edib.

RT xəbər verir ki, Minsk administrasiyası Belarusun şərqindəki Toloçin konserv zavodunda anbarın genişləndirilməsinə üstünlük verib. Bu müəssisələrdə şərab, nişasta, hazır kartof kimi qida məhsulları istehsal olunur.

Kənd təsərrüfatının inkişafını hədəfləyən və 2021-2025-ci illəri əhatə edən dövlət planları çərçivəsində tikiləcək yeni obyektin dəyərinin 720 min dollar olacağı təxmin edilir.

20 min ton kartof saxlamağa qadir olduğu bildirilən bu müəssisənin ildə 5 milyon tondan çox məhsul istehsal edən Belarusa rahatlıq gətirəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu