“WhatsApp” yeni funksiyanı təqdim edib - FOTO


WhatsApp messencerinin tərtibatçıları yeni funksiyanı təqdim ediblər.



Bu barədə WABetaInfo portalı məlumat yayıb.

Ekspertlər bildiriblər ki, istifadəçilər üçüncü tərəf platformalarından dialoqları idarə etmək imkanı əldə edəcəklər. Qeyd olunur ki, bu seçim proqram müştərilərinə yalnız etibar etdikləri xidmətlərlə inteqrasiyanı seçmək imkanı verəcək.

Aydınlıq üçün mütəxəssislər WhatsApp-ın Android üçün 2.24.6.2 nömrəli beta versiyasının skrinşotunu təqdim ediblər. Təqdim edilən fotoda Third-party chats bölməsi göstərilir. Onun altında Turn off və Selected apps düymələridir.

Ekspertlər aydınlaşdırıblar ki, digər xidmətlərə çat uyğunluğu deaktiv edilərsə, istifadəçilər başqa xidmətlərə mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.

Yeni funksiya inkişaf mərhələsindədir və qarşıdan gələn proqram yeniləməsində əlçatan olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu