“WhatsApp” istifadəçiləri üçün yeni funksiyanı təqdim edib


Gizli koddan istifadə etməklə söhbətləri qorumaq funksiyası WhatsApp messencerinin bəzi istifadəçiləri üçün əlçatan olub.



Bu barədə WABetaInfo portalı məlumat yayıb.

Parolla qorunan çatların digər yazışmalar siyahısında görünməyəcəyi bildirilir. İstifadəçi gizli dialoqları da gizlədə bilər.

Bundan əlavə parol ilə gizlədilən söhbətlər məxfilik parametrləri menyusunda tez silinə bilər. Portal nümayəndələri qeyd edirlər ki, bu funksiya parolla qorunan gizli söhbətlərə daxil ola bilməyən istifadəçilər üçün faydalı olacaq.

Yeniləmə Android cihazlarında 2.23.24.20 messencer versiyasının bəzi istifadəçiləri üçün əlçatandır. Onu Google Play proqramlar mağazasında tapmaq olar.

Əvvəllər bildirilmişdi ki, messencerdə mesajı göndərildiyi tarixə görə tapmaq imkanı verəcək funksiya olacaq. Bu funksiyadan mesaj axtarış çubuğundakı təqvim ikonasına klikləməklə istifadə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu