Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirə gecəsində iştirak edib - VİDEO


Ötən gün “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.



AFN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Maqomayevin xatirə gecəsində yerli sənətçilər və bir çox dünyaşöhrətli musiqiçilər iştirak ediblər. Onlar arasında Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Emin Ağalarov, Samir Cəfərov, o cümlədən Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze və italiyalı tenor, dünya şöhrətli müğənni Alessandro Safina da olublar.

A.Safina konsertə hazırlıq prosesindən instaqram səhifəsində kadrlar paylaşıb. O, həmçinin Xalq artisti Emin Ağalarovla görüşüb.

İtaliyalı tenor xalq artisti Müslüm Maqomayevin “Синяя вечность” mahnısını italyan dilinə tərcümə edərək səsləndirib.

2018-ci ildə Bakıda keçirilən “Jara” musiqi festivalında Alessandro həmin ifanı səhnədə oxuyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu